Mançester Yunayted in qolkiperi Səudiyyə Ərəbistanına yollanacaq

24.03.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in qapıçısı Andre Onana komandasını dəyişəcək. 

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, kamerunlu qolkiper Səudiyyə Ərəbistanına yollanmağın əleyhinə deyil. 

“Mançester Yunayted” də qapıçını satmağa hazırdır və artıq onun yerinə əvəzləyici axtarır. Onana bu mövsüm bütün yarışlarda 40 oyun keçirib, doqquz görüşdə qapısını toxunulmaz saxlayıb.

Kamerunlunun “qırmızı şeytanlar”la hazırkı müqavilə müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью