Mançester Yunayted in rəhbərliyinin ispan mütəxəssislə bağlı planı

03.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mançester Yunayted"din bəzi nüfuzlu şəxsləri gələcəkdə Unai Emerinin komandaya rəhbərlik etməsini istəyirlər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano qonaq olduğu podkastların birində bildirib.

Onun sözlərinə görə, ispan mütəxəssisə sadəcə potensial baş məşqçi kimi deyil, həm də klubun uzunmüddətli inkişafında həlledici rol oynaya biləcək bir şəxs kimi baxılır.

Bununla belə, onun yaxın gələcəkdə Mançesterə keçməsi ehtimalı azdır. "Aston Villa" öz layihələrinin təməl daşı hesab etdiyi 54 yaşlı mütəxəssislə yollarını ayırmaq niyyətində deyil. Klubun futbol əməliyyatları üzrə prezidenti Roberto Olabe və idman əməliyyatları direktoru Damian Vidaqani də ispan məşqçinin töhfələrini yüksək qiymətləndirirlər.

Romanonun qeyd etdiyi kimi, Emerinin Birmingem təmsilçisindəki təsiri yalnız komanda ilə işləməklə məhdudlaşmır. O, həmçinin transfer müzakirələrində və mühüm idman qərarlarının qəbulunda fəal iştirak edir. Onun "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью