Mançester Yunayted in sabiq kapitanı faciənin qarşısını aldı

31.07.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Yunayted”in keçmiş kapitanı Antonio Valensiya Ekvadorda körpüdən tullanmaq istəyən gəncə kömək edərək faciənin qarşısını alıb.

Fanat.Az xəbər verir ki, veteran futbolçu hadisəni "İnstagram" hesabında təsvir edərək, polisin yanında gənc oğlanla söhbətinin videosunu paylaşıb. 

"Gənc oğlan həyatına son qoymaq istəyirdi. Maşından düşüb ona yaxınlaşdım. Onunla danışıb ruhlandırmağa çalışdım. Çətin oldu, amma məni tanıdı. Allaha şükürlər olsun ki, tezliklə ailə üzvləri gəldi və o, fikrindən daçındı".

O, insanları psixi sağlamlıqlarının qayğısına qalmağa çağırıb: "Xahiş edirəm, özünüzə, düşüncələrinizə və ürəyinizə diqqət edin. Psixi sağlamlıq vacibdir. Həyat kövrəkdir". 

Valensiyanın paylaşımı 43 min bəyənmə toplayıb.

Valensiya 2009-2019 aralığında - 10 il "Mançester Yunayted"də oynayıb və Joze Mourinyunun rəhbərliyi altında kapitan olub. O, "qırmızı şeytanlar"ın heyətində iki Premyer Liqa titulunu və Avropa Liqasını qazanıb. 39 yaşlı Antonio karyerasını 2021-ci ildə başa vurub və hazırda doğma Ekvadorda yaşayır.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью