Mançester Yunayted in sabiq müdafiəçisi Premyer Liqa klubunda

21.08.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin "Aston Villa" klubunu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem"dən Aron Van-Bissakanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müddəti bir mövsümlükdür. "Aston Villa" konqolu futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Vest Hem" Aron Van-Bissakanı 2024-cü ilin yayında "Mançester Yunayted"dən 17 milyon avroya transfer edib. 28 yaşlı sağ cinah müdafiəçisi 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью