Mançester Yunayted in türk qapçısına elçi var

29.05.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbağça"dan "Mançester Yunayted"ə keçən və iki mövsümdür İngiltərə klubunda çıxış edən Altay Bayındıra yeni təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk qapçıya bu dəfə Fransanın "Lyon" komandası "elçi" düşüb.

Fransa mətbuatı yazır ki, "Lyon" hazırkı qapçısını satışa çıxarıb: "O, satılar-satılmaz Altay üçün ingilis klubunun qapıını döyəcək"

Xatırladaq ki, Altay bu mövsüm 10 matçda meydana çıxıb. 27 yaşlı qolkiper 10 oyuna 18 qol buraxıb, 3 matçda isə qapısını qolsuz qoruyub. Onun  klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью