Mançester Yunayted in vingerini buraxmaq istəmirlər: Mümkün olan hər şeyi edəcəyik

07.04.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Betis”in idman direktoru Manu Farjado İspaniya klubunun "Mançester Yunayted"dən icarəyə götürdüyü Antonini komandada saxlamağa çalışacağını bildirib.

Sportal.az xəbər verir ki, “Marca”ya danışan klub rəsmisi braziliyalını buraxmaq niyyətində olmadıqlarını söyləyib:

“Biz müxtəlif yollarla Antonini növbəti mövsümdə komandada saxlamağa çalışacağıq. Bunun üçün mümkün olan hər şeyi edəcəyik. Antoni ilə müqavilə imzalayaraq, onu “Betis”ə gətirə bildiyimiz üçün fəxr edirik. Ümidvaram ki, Antonini komandada saxlamaq istəyimiz reallaşacaq”. 25 yaşlı futbolçu yanvarda "Betis"ə altı aylıq icarəyə verilmişdi.

Onun "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Antoni “Sao Paolo”, “Ayaks” klublarında da çıxış edib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью