Mançester Yunayted in yeni baş məşqçisi bəlli oldu

12.11.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Maykl Kerriklə yollarını ayıran "Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni çalışdırıcısı hazırda ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettino olacaq. Bu barədə jurnalistlər Ben Ceykobs və Aleks Kruk məlumat yayıblar.

"Mançester Yunayted"in argentinalı mütəxəssisi seçməsində klubun sahibləri - Qleyzerlər ailəsi həlledici rol oynayıb.

Bildirilir ki, Maurisio Poçettino "Mançester Yunayted"ə Premyer Liqada "Liverpul"a qarşı keçiriləcək oyunda rəhbərlik edəcək. Sözügedən qarşılaşma 22 noyabr tarixində baş tutacaq.

Xatırladaq ki, "Mançester Yunayted" hazırda İngiltərə çempionatının turnir cədvəlində 18-ci pillədə, yəni liqadan düşmə zonasında qərarlaşıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью