Mançester Yunayted in yeni baş məşqçisi: Gündə cəmi üç dörd saat yatıram

21.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino İngiltərə klubundakı ilk günləri barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə İngiltərə mətbuatına açıqlama verib:

"İlk məqsədim bir az yatmaqdır, amma bacarmıram! Gündə cəmi üç-dörd saat yatıram... Biz meydan adamlarıyıq. Onun qoxusunu və hər gün oyunçulara kömək etməyi sevirik.

Hazırda heyəti müəyyənləşdirirəm. Təbii ki, gələcəkdə komanda ilə bağlı bütün əsas qərarlarda iştirak etmək istəyirəm."

Qeyd edək ki, Poçettinonun "Mançester" təmsilçisinin "sükanı arxasında" debüt matçı Premyer Liqanın 11-ci turunda "Liverpul"a qarşı səfər oyunu olacaq. Görüş bu bazar günü keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью