Mançester Yunayted İngiltərə Kubokunda yarışı dayandırdı

02.03.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə İngiltərə Kubokunun 1/8 final mərhələsində "Mançester Yunayted" evdə "Fulhem" ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilmiş oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Matça əlavə edilmiş iki hissədə tərəflər qol vura bilmədiklərinə görə, qalibi penaltilər seriyası müəyyənləşdirib.

"Fulhem" futbolçuları 11 metrlik zərbələri daha dəqiq yerinə yetirərək 4:3 hesabı ilə qalib gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью