Mançester Yunayted ingiltərəli yarımmüdafiəçiyə elçi düşdü

18.10.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Everton"un yarımmüdafiəçisi Ceyms Qarner Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu rənglərinə bağlamağı planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Qarnerin klubu ilə müqaviləsi yayda başa çatır. "Qırmızı şeytanlar" azad agent statusunda olacaq 24 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Everton" Ceyms Qarneri 2022-ci ilin avqust ayında "Mançester Yunayted"dən transfer edib. İngiltərə U-21 millisinin sabiq üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью