Mançester Yunayted isveçli hücumçu üçün 96 milyonundan keçməyə hazırdır

04.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveç millisinin və "Sportinq"in futbolçusu Viktor Qyökereş "Mançester Yunayted"in hədəfindədir.

Oxu.Az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim Lissabon təmsilçisindən yaxşı tanıdığı hücumçunu sərəncamında görmək istəyir.

Mançesterlilər danışıqlara başlamağa hazırlaşırlar. Klub rəhbərliyi "Sportinq"ə 96 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, Qyökereş 2024-cü ildə Portuqaliya çempionatında 36 qola imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью