Mançester Yunayted isveçli müdafiəçi ilə yollarını ayıracaq

05.02.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Mançester Yunayted" mövsümün sonunda Viktor Lindelöflə yollarını ayıracaq.

İdman.biz xəbər verir, ki, isveçli futbolçu ilə başa çatacaq müqavilənin müddəti artırılmayacaq.

2017-ci ildən komandanın şərəfini qoruyan Lindelöf zədə üzündən uzun müddətdir yaşıl sahələrdən kənarda qalıb. "Mançester Yunayted" ötən yayda Viktor satmaq istəsə də, məhz zədə rəhbərliyə mane olmuşdu.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi bu mövsümdə bütün turnirlərdə cəmi 9 oyunda forma geyinə bilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью