“Mançester Yunayted” İtaliya klubuna təklif göndərdi

08.07.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

Mənbənin sözlərinə görə, " qırmızı şeytanlar" 26 yaşlı braziliyalı üçün İtaliya klubuna təklif göndərib. İngilislər bu transferə 50 milıyon avro xərcləməyi planlaşdırır. "İnter" və "Yuventus"un da yarımmüdafiəçinin xidmətində maraq olduğu bildirilir.

Qeyd edək ki, Ederson ötən mövsüm ümu milikdə 48 oyunda meydana çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью