Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Leççe"nin futbolçusu Patrik Dorqunu transfer edəcək.
"Report" xəbər verir ki, məlumatı A Seriyası komandasının baş məşqçisi Marko Campaolo təsdiqləyib.
"Qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 35-40 milyon avro ödəyəcək.
20 yaşlı danimarkalı vinger cari mövsüm "Leççe"nin heyətində 23 matçda meydana çıxıb və 3 qol vurub.