Mançester Yunayted Jan Filip Matetanın keçidində maraqlıdır

01.10.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" "Kristal Pelas"ın hücumçusu Jan-Filip Matetanın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

"Qırmızı şeytanlar" 29 yaşlı fransız futbolçunu hücum xəttini gücləndirmək üçün potensial variant kimi nəzərdən keçirir.

Matetanın hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "Transfermarkt" oyunçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Mateta budun arxa əzələsindəki zədə səbəbindən bu mövsüm cəmi bir oyunda meydana çıxıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью