“Mançester Yunayted” Kazemironun əməkhaqqısını azaldır

13.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərənin “Mançester Yunayted” klubu braziliyalı futbolçu Kazemiro ilə mövcud şərtlərlə müqaviləni uzatmağı planlaşdırmır.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı insayder Fobritsio Romano paylaşıb.

Məlumatda qeyd olunur ki, futbolçunun həftəlik maaşı təxminən 300 min funt sterlinq təşkil edir.

Klub yarımmüdafiəçiyə əməkhaqqının azaldılması ilə bağlı yeni təklif irəli sürüb. Əgər tərəflər razılığa gəlməsələr, ayrılıq qaçılmaz olacaq.

Qeyd olunur ki, Kazemironun artıq bir neçə təklifi var. Onların arasında Səudiyyə Ərəbistanından gələn və daha sərfəli maliyyə şərtləri təklif edən variantlar da mövcuddur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью