Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu "qırmızı şeytanlar"ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o bütün turnirlərdə 146 oyuna çıxaraq 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro "Mançester Yunayted"lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, Kazemiro karyerası ərzində "Mançester Yunayted"dən əvvəl "Real" (Madrid, İspaniya), "Portu" (Portuqaliya) və "San Paulo" (Braziliya) klublarında da forma geyinib.