Icma.az, Qol.az saytına istinadən bildirir.
“Mançester Yunayted” Kazemironun maaşını azaldır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Mançester Yunayted” klubu braziliyalı yarımmüdafiəçi Kazemironu heyətində saxlamaq niyyətindədir.
QOL.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Təklifə əsasən, oyunçunun illik maaşı 22 milyon avrodan 7-9 milyon avroya endirilə bilər. 33 yaşlı yarımmüdafiəçi bu şərtləri qəbul edərsə, sözləşməsi 2027-ci ilə qədər uzadılacaq. Əks təqdirdə, onun qış transfer pəncərəsində komandanı tərk edəcəyi istisna olunmur.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 10 oyuna çıxan Kazemiro 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.