“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

26.11.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq istəyir

“Mançester Yunayted” klubu “Everton”un yarımmüdafiəçisi Ceyms Qarneri transfer etmək niyyətindədir.

QOL.az xəbər verir ki, “qırmızı şeytanlar” öz yetirmələri olan 24 yaşlı futbolçunu yaxından izləyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçu ilə “Nottinqem Forest” və “Aston Villa”nın da maraqlandığı bildirilir. “Everton”un baş məşqçisi isə futbolçunu komandada saxlamaq üçün klubun onunla yeni müqavilə imzalamağa hazırlaşdığını vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildən “Everton”da çıxış edən Qarner bu yaxınlarda “Mançester Yunayted”ə qarşı oyunda (1:0) qələbə qolunun ötürməsini edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью