“Mançester Yunayted” Kerrikin rəhbərliyi altında ilk dəfə məğlub olub

05.03.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Mançester Yunayted” yeni baş məşqçisinin rəhbərliyi altında ilk məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, Maykl Kerrikin komandası Premyer Liqanın 29-cu turunda “Nyukasl Yunayted”ə 2:1 hesabı ilə uduzub.

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi yanvarın ortalarında baş məşqçi vəzifəsinin icrasına başlayıb. Onun rəhbərliyi altında “Yunayted” altı oyun qazanıb və bir oyunda heç-heçə edib.

“Yunayted” martın 15-də “Aston Villa” ilə qarşılaşacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью