Mançester Yunayted klubu daimi iqamətgahını dəyişdirəcək

11.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted" klubu yaxın vaxtlarda "Old Trafford"un əvəzinə yeni stadionun tikintisinə başlamağı planlaşdırır.

Oxu.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "mankunianlılar"ın rəhbərliyi yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə geniş açıqlama ilə çıxış edəcək.

Yeni arenanın 100 min azarkeş tutumuna malik olacağı da müəyyənləşib.

İngiltərə mediasında yayılan xəbərlərin bəzilərində isə "Old Trafford"un siçovul hücumuna məruz qalması klub rəsmilərini belə bir addım atmağa məcbur edib.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada o qədər də uğurlu çıxış etmir. Komanda turnir cədvəlində 14-cü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью