Mançester Yunayted klubunun braziliyalı ulduzu Beşiktaşa keçə bilər

22.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Beşiktaş" İngiltərənin "Mançester Yunayted" klubunun braziliyalı ulduz futbolçusu Antonini icarə əsasında transfer etmək istəyir.

Oxu.Az xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

"Beşiktaş" Antonini mövsümün sonunadək icarə əsasında transfer edəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim Antonini heyətində görmək istəmədiyindən klub rəsmiləri futbolçunun icarəsinə icazə veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью