Mançester Yunayted klubunun transfer etmək istədiyi hücumların siyahısı bəlli olub

22.01.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Mançester Yunayted" klubu qış transfer dönəmində hücumçu transfer etməyi planlaşdırır.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın qısa siyahısında dörd namizədin adı qeyd olunub.

Bunlar Brayan Mbemo, Mateus Kunya, Liam Delap və Conatan Deviddir.

Hücumçuların hamısı bir müddətdir klubun skautlarının diqqət mərkəzindədir.

Bununla yanaşı, transfer pəncərəsinin sonuna qədər UEFA-nın tətbiq etdiyi "maliyyə feyr-pleyi" qaydalarını pozmamaq üçün klubun Alexandro Qarnaço, Kobbi Meynu və ya Markus Raşfordu satacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью