Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. İngiltərə klubu 23 yaşlı gürcüstanlı vingerə 8 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır. İtaliya təmsilçisi isə Kvaratsxeliyanı komandada saxlamaq istəyir və 6 milyon avro maaşla müqavilə təklif edib.
Qeyd edək ki, Xviça Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.