Mançester Yunayted La Liqa təmsilçisinin qapıçısını alır

25.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Yunayted" əsas qapıçısı Andre Onanaya əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Mənbə "qırmızı şeytanlar"ın bu yay "Espanyol"un qolkiperi Joan Qarsiyanı heyətə qatmağı planlaşdırdığını vurğulayıb. Məlumata görə, sözügedən "çərçivə" qoruyucusunun klubu ilə müqaviləsindəki sərbəstqalma məbləği 24,6 milyon avrodur.

Qeyd edək ki, 23 yaşlı Joan cari mövsüm La Liqada 32 matça çıxıb. Onun "Espanyol"la anlaşmasının müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc qapıçının transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью