Mançester Yunayted lə tarixi matç öncəsi Sabah da ciddi itki

09.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq "Mançester Yunayted" - "Sabah" qarşılaşması ərəfəsində təmsilçimizin düşərgəsindəki zədəli futbolçuların son durumu məlum olub.

Klubun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, komandanın fransalı müdafiəçisi Stiv Solvet zədə səbəbindən oyunu buraxacaq.

Digər zədəli oyunçu Umarali Raxmonaliyev isə kollektivlə birlikdə Mançesterə səfər edib. Özbəkistanlı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı baş məşqçinin matç günü verəcəyi qərardan asılı olacaq.

Xatırladaq ki, həm Umarali Raxmonaliyev, həm də Stiv Solvet Azərbaycan Premyer Liqasının dördüncü turu çərçivəsində baş tutan və "Sabah"ın "Zirə" üzərində 5:0 hesablı darmadağını ilə yekunlaşan matçda zədələnərək sıradan çıxmışdılar.

Qeyd edək ki, maraqla gözlənilən "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da məşhur "Old Trafford" stadionunda oynanılacaq. Futbolsevərlər bu həyəcanlı dueli Bakı vaxtı ilə saat 23:00-dan etibarən izləyə biləcəklər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью