“Mançester Yunayted” Leon Qoretska üçün “Arsenal”la rəqabət apara bilər Konur

05.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Yunayted”, “Arsenal” və “Vest Hem” klubları bu yay Münhen klubundan ayrılacaq 30 yaşlı “Bavariya” yarımmüdafiəçisi Leon Qoretskanın vəziyyətini izləyir.

İdman.Biz bu barədə jurnalist Ekrem Konura istinadən bildirir.

Mənbənin məlumatına görə, alman oyunçunun nümayəndələri ilə ingilis klubları arasında aparılan ilkin danışıqlar göstərib ki, yarımmüdafiəçi karyerasının bu mərhələsində xaricdə yeni təcrübələrə açıqdır.

Bu mövsüm Qoretska bütün yarışlarda 28 oyunda iştirak edib və bir qol vurub. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью