Mançester Yunayted London klubunun hücumçusu ilə maraqlanır

25.01.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Mançester Yunayted" ötən yay London klubuna "İpsviç"dən keçən "Çelsi"nin hücumçusu Liam Delapla maraqlanmağa davam edir. Sport24.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" Delapın onların oyun tərzinə uyğun olacağına inanırlar.

Qeyd edək ki, ingilis futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью