“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı

12.10.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı

“Mançester Yunayted”in 2 futbolçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Atletiko” ilə oyunda iştirak etməyəcəklər.

QOL.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun məlumatına görə, müdafiəçi Luk Şou və yarımmüdafiəçi Kobi Maynu səhhətlərində yaranan problemlərə görə komanda ilə birlikdə Madridə yollanmayıblar. Bu barədə baş məşqçi Maykl Kerrik məlumat verib.

Qeyd edək ki, “Atletiko” - “Mançester Yunayted” matçı oktyabrın 13-də Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hər iki komanda Liqa mərhələsinin ilk turunda məğlub olub.

Xatırladaq ki, Şou 2026/2027 mövsümündə 5 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Maynu isə 8 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью