“Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi

27.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrikə komandanın uğursuz nəticələrini aradan qaldırmaq üçün vaxt vermək qərarına gəlib.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Klub rəhbərliyi hazırkı mərhələdə mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Kerrik komandanın məşqlərinə rəhbərlik edir və futbolçuları “Çelsi” ilə qarşıdakı oyuna hazırlayır.

“Mançester Yunayted”in növbəti qarşılaşmalarda göstərəcəyi nəticələr Kerrikin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, “qırmızı şeytanlar” bütün turnirlərdə keçirdiyi son 8 oyunda qələbə qazana bilməyib. Komanda son olaraq Premyer Liqada “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.

“Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb” “Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı Keyn “Qızıl top”un sahibi oldu - 25 illik həsrətə son qoydu Keyn Londonda mükafatlandırıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью