Icma.az bildirir, Sportal.az portalına istinadən. "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TalkSPORT" məlumat yayıb.
"Qırmızı şeytanlar" Loftus-Çiki icarəyə götürmək istəyir. 29 yaşlı oyunçu özü ölkəsinə qayıtmağa isti yanaşır.
Qeyd edək ki, "Milan" Ruben Loftus-Çiki 2023-cü ilin yayında "Çelsi"dən 19 milyon avroya transfer edib.
İngiltərə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.