Mançester Yunayted Milanlı futbolçu ilə maraqlanır

18.12.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Fransalı müdafiəçi Teo Hernandes qışda İtaliyanın "Milan"ı ilə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, Teo mövsümün sonunda komandasını tərk etməyi düşünür.

Futbolçunun qışda transferi daha real görünür. 

"Milan" oyunçuya mövsümdə 5 milyon avro ödəməklə yeni müqavilə təklif etdi, lakin fransız futbolçu Avropa klublarından birinə keçmək istəyir. 

27 yaşlı futbolçu ilə "Mançester Yunayted"in maraqlandığı məlum olub.

"Transfermarkt" Hernandezin dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Cari mövsümdə futbolçu 18 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Teo Hernandes 2019-cu ildən “Milan”da çıxış edir.

İlin ən yaxşı qolu açıqlandı - VİDEO Dünyanın ən yaxşı futbolçusu bəlli oldu Van Bronkhorstdan “Beşiktaş” açıqlaması: "ORADA SÖZÜM KEÇMİRDİ" “Fənərbaxça”nın ulduzu İtaliya yolunda "Fənərbaxça"nın "Qalatasaray"la bağlı etirazları bitmir - BƏYANAT
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью