Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Yunayted” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qexi ilə bağlı vəziyyəti yaxından izləyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun klubla müqaviləsi gələn yay başa çatacaq.
Məlumata əsasən, “Mançester Yunayted”də mərkəz müdafiəçisi məsələsi gündəmdədir. Harri Maquayr ilə yeni müqavilə danışıqlarında irəliləyişin az olduğu bildirilir. Qeyd olunur ki, müdafiəçi qışda istənilən klubla ilkin müqavilə imzalamaq hüququna malik olacaq.
“Liverpul”un da Mark Qexini yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi vurğulanır.
Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 18 matça çıxıb, 1 qol və 3 asistlə yadda qalıb.