Mançester Yunayted növbəti dəfə xal itirdi

23.02.2025

Icma.az bildirir, Manset portalına istinadən.

İngiltərə Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Manset.az xəbər verir ki, "Everton" doğma meydanda bu mövsüm istədiyi nəticələri qazana bilməyən "Mançester Yunayted"i qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Everton" 12-ci, 30 xala malik Mançester təmsilçisi isə 15-ci sırada qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью