Mançester Yunayted ona tam səlahiyyət və limitsiz büdcə versə...

28.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Con Obi Mikel hesab edir ki, “Mançester Yunayted” “Aston Villa”nın baş məşqçisi Unai Emerini komandaya dəvət etməlidir.

Sportal.az xəbər verir ki, “Çelsi”nin sabiq yarımmüdafiəçisi “Mançester Yunayted”in baş məşqçi postunda Yulian Nagelsmann və ya Eddi Haudan daha çox ispaniyalı mütəxəssisi görmək istədiyini bildirib.

“Mən Emerini seçərdim. Onun "Aston Villa"dan ayrılacağını düşünmürəm. Amma ona tam səlahiyyət versəniz... Limitsiz büdcə ayırıb belə desəniz: ‘Qulaq as, Unai, biz artıq bu yolla davam etmək istəmirik. Yorulmuşuq, azarkeşlər də klubda baş verənlərdən beziblər. Biz hər şeyə yenidən başlamaq istəyirik və inanırıq ki, bunun üçün doğru insan sənsən...’” - deyə Obi Mikel öz podkastında fikirlərini bölüşüb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью