“Mançester Yunayted” onu hədəfə aldı

17.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted” onu hədəfə aldı

“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Malik Çaunu transfer etməyi hədəfləyir. 

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. İngiltərə klubu 25 yaşlı almaniyalı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.

Bu fonda “Nyukasl” müdafiəçisini 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Çau bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью