Mançester Yunayted onun üçün 150 milyon avro ödəməyə hazırdır

15.02.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted” gələn yay "Atletiko"dan Julian Alvaresi transfer etmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

"Qırmızı şeytanlar" Madrid təmsilçisinə 150 ​​milyon avro təklif edəcək. 

Digər Avropa nəhəngləri kimi “Mançester Yunayted” də argentinalı futbolçunun cari mövsümdəki çıxışına heyran qalıb. Bununla belə, Alvares “Atletiko”da xoşbəxtdir və Dieqo Simeonenin komandasını tərk etmək istəmir.

Hücumçu keçən yay "Mançester Siti"dən "Mançester Yunayted"ə keçib. O, bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью