Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Yunayted” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Brentford”dan Brayan Mbemo ilə anlaşıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Mançester Yunayted” oyunçunun klubu ilə danışıqları davam etdirir.
Mbemo başa çatan mövsümdə Premyer Liqada 38 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.