Mançester Yunayted onunla yollarını ayırmağı planlaşdırır

28.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

“Mançester Yunayted” Lisandro Martinezlə yollarını ayırmaq istəyir.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunu istəyən klublarla danışıqları bərpa edib.

Argentinalı futbolçunun bir müddət əvvəl verdiyi müsahibə rəhbərliyi narazı salıb və buna görə də klub onunla yollarını ayırmağa müsbət yanaşır.

Martinezin “Mançester Yunayted”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Defensa”, “Ayaks” klublarında da oynayıb.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью