Mançester Yunayted Osimhenə gərə 2 futbolçusunu təklif edəcək

14.02.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İcarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" nigeriyalı forvarı heyətinə qatmaq istəyir. Bu barədə "TBR Football" məlumat yayıb.

Premyer Liqa nəhəngi Osimhenin müqavilə ilə məxsus olduğu "Napoli" ilə danışıqlara başlayacaq. "Mançester Yunayted" 26 yaşlı hücumçu üçün İtaliya klubuna Alexandro Qarnaço və Rasmus Hyöylunu təklif edəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün sonuna kimi icarəyə götürüb. Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью