“Mançester Yunayted” öz meydanında da aciz qaldı

31.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Futbol üzrə İngiltərə çempionatının XIX turunun matçında "Nyukasl" səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib. Görüş "Old Trafford" stadionunda baş tutub.

Milli.Az bildirir ki, qolları Aleksander İsak (4-cü dəqiqə) və Joelinton (19-cu dəqiqə) vurublar.

"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl üçüncü, altı oyunda isə beşinci dəfə məğlub olub. Komanda 22 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Nyukasl" ardıcıl dördüncü qələbəsini qazanıb və 32 xalla 5-ci yerdədir.

"Mançester Yunayted" növbəti oyunda yanvarın 5-də səfərdə çempionatın lideri "Liverpul"la, "Nyukasl" yanvarın 4-də səfərdə "Tottenhem"lə qarşılaşacaq. /Report

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью