Mançester Yunayted Portuqaliya millisinin üzvünü transfer etmək istəyir

19.04.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sportinq" müdafiəçisi Qonçalo İnasio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"də rəhbərliyi altında oynamış mərkəz müdafiəçisini yenidən komandasında görməyi planlaşdırır. Portuqaliya klubu sərfəli təklif gələcəyi təqdirdə 23 yaşlı oyunçunu satmağa hazırdır.

Qeyd edək ki, Qonçalo İnasio "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью