Mançester Yunayted Premyer Liqa tarixinə düşüb

28.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqa tarixinə düşüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi ardıcıl iki mövsüm dekabrda 5 oyunda məğlubiyyətlə üzləşən ilk klub olub.

Bu, Premyer Liqanın XVIII turunda səfərdə "Vulverhempton"la (0:2) oyunda reallaşıb. Ötən mövsüm də komanda dekabrda 5 oyunda uduzmuşdu.

Qeyd edək ki, "qırmızı şeytanlar" bu ilin dekabrında "Vulverhempton"dan başqa, "Arsenal" (0:2), "Nottinqem Forest" (2:3), "Tottenhem" (3:4) və "Bornmut"a (0:3) məğlub olub. Komanda Premyer Liqanın turnir cədvəlində 22 xalla 14-cü pillədə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью