Mançester Yunayted qışda belçikalı müdafiəçini transfer etmək istəyir

10.09.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Zeno Debast karyerasını İngiltərədə davam etdirə bilər.

Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. 

Belçikalı oyunçunun 2026-cı ilin yanvarında "qırmızı şeytanlar"a keçmək ehtimalı var. "Arsenal" və "Aston Villa" da Debastla maraqlanır. 

Qeyd edək ki, onun "Sportinq"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью