Mançester Yunayted Rafinyanı heyətinə qatmaqda maraqlıdır

25.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın braziliyalı futbolçusu Rafinyanı heyətinə qatmaqda maraqlıdır.

"Report" "Football365"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçu üçün 90 milyon avro ödəməyə hazırdır.

"Mançester Yunayted" həmçinin "Sportinq"in hücumçusu Viktor Dyökereş və Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobellə maraq göstərir. "Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim ümumilikdə 200 milyon avrodan çox dəyəri olan bu üç futbolçunun transferində maraqlıdır.

Qeyd edək ki, 17 turdan sonra "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 22 xalla 13-cü yerdə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью