“Mançester Yunayted” Ranqniki geri qaytarır SON DURUM

10.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İngiltərənin “Mançester Yunayted” klubuna qayıtmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı "SimplyUtd" sosial şəbəkə hesabı üzərindən yayıb. 

Mənbənin məlumatına görə, alman mütəxəssis Mankunian nəhənginin idman direktoru ola bilər. Den Eşuorun istefasından sonra bu vəzifə hazırda boşdur. 

Xatırladaq ki, Ranqnik əvvəllər “qırmızı şeytanlar”ın baş məşqçisi olub. 

Ruben Amoriminin baş məşqçisi olduğu “Mançester Yunayted” hazırkı İngiltərə Premyer Liqasında 15 turdan sonra 19 xalla 13-cü yeri tutur.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью