Mançester Yunayted Real ın qapıçısını transfer etmək istəyir

04.03.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı qolkiperin kamerunlu Andre Onananı əvəzləməsini istəyir.

Mançester təmsilçisi ukraynalını növbəti mövsüm heyətində görmək niyyətindədir.

Qeyd edək ki, A.Lunin cari mövsüm "Real"da 9 oyun keçirib və 12 qol buraxıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью