“Mançester Yunayted” “Real”ın iki futbolçusu ilə maraqlanır

04.11.2024

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin “Mançester Yunayted” klubu İspaniya çempionu “Real”ın iki futbolçusu ilə maraqlanır.

“Qırmızı şeytanlar” yarımmüdafiəçi Eduardo Kamavinqa və vinger Rodriqonu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Rodriqo cari mövsüm 13 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kamavinqa isə 5 matçda 1 assist müəllifi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью