Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Mançester Yunayted” 2026-cı il iyunun 30-da başa çatan maliyyə ili üzrə rekord gəlir əldə edib.
İdman.Biz klubun dərc etdiyi hesabatına istinadən xəbər verir ki, “Mançester Yunayted”in gəliri 677,6 milyon funt-sterlinq təşkil edib.
Əvvəlki göstərici isə 666,5 milyon funt-sterlinq olub. Beləliklə, 2025/26 mövsümündə komandanın avrokuboklarda iştirak etməməsinə baxmayaraq, gəlir 11,1 milyon funt-sterlinq artıb.
Mövsümün yekunlarına əsasən, “MYU” İngiltərə Premyer Liqasında üçüncü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.