Mançester Yunayted rəsmiləri İngiltərə millisinin üzvü ilə görüşdü

17.11.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher Premyer Liqaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" 25 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın nümayəndələri ingiltərəli oyunçu ilə görüşüb. Futbolçu özü təklifə isti yanaşır. "Mançester Yunayted" yaxın vaxtlarda İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Atletiko" Konor Qallaheri 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью